Xəbər lenti


“Bu, çox çətin problemdir. Təəssüflər olsun ki, son günlər vəziyyətin qəflətən gərginləşdiyini görürük. Dəqiqləşdirmək istəyirəm ki, baş verən hadisələr Dağlıq Qarabağda deyil, Azərbaycan-Ermənistanın dövlət sərhədində gedir. Biz baş verənlərdən olduqca narahatıq. Rusiya XİN müvafiq bəyanat verərək tərəfləri dərhal atəşi dayandırmağa, danışıqlara başlamağa çağırıb. Təəssüflər olsun ki, sərhəddə toqquşma davam edir”.
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

“Bu gecə növbəti toqquşma baş verib. Rusiya bütün mümkün səyləri göstərir. Qan tökülməsini dayandırmaq üçün Rusiya hər iki ölkənin Xarici İşlər nazirləri və Baş qərargah rəisləri ilə təmasdadır. Təəssüflər olsun ki, hər iki tərəfdən itkilər var. Təhlükəli vəziyyət ondan ibarətdir ki, bu, bütün regionun təhlükəsizliyinə təsir edə bilər. Region olduqca təhlükəlidir.

Dağlıq Qarabağ ətrafında vəziyyət nizamlanmamış olaraq qalır. Bu məqamda vasitəçilərin rolu artır. ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında intensiv təmaslar gedir. Ümid edirik ki, həmsədrlərin səyləri nəticə verəcək. İndi ilk növbədə sərhəddəki qan tökülməsini dayandırmaq və Minsk Qrupunun, həmsədrlərin səylərini aktivləşdirmək lazımdır. Əminəm ki, onlar bununla məşğul olacaqlar. Artıq bu prosesin hərəkətə gətirilməsi üçün planlar hazırlanıb.

Buna baxmayaraq, bizim, beynəlxalq ictimaiyyətin ilk növbədə vəzifəsi son iki gündə baş verənləri dayandırmaqdır”, – deyə Rusiya XİN başçısının müavini vurğulayıb/APA.



Ana səhifəyə qayıt        Baxış: 3 586          Tarix: 16-07-2020, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma