Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Rusiya Azərbaycan-Ermənistan sərhədində eskalasiyanın qarşısını almaq üçün konkret addımlar atır.
Ordu.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinq zamanı söyləyib.
O bildirib ki, atəşkəs rejiminin pozulması halları azalıb, lakin gərginlik qalmaqdadır: "Gərginliyin daha da artacağının qarşısını almaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi, həm də müstəqil olaraq konkret addımlar atırıq. Ötən həftə bölgədəki vəziyyət Minsk Qrupunun iclasında, daha sonra bütün üzvlərin iştirakı ilə ATƏT Daimi Şurasında müzakirə edildi. Minsk Qrupu həmsədrləri tərəflərlə daim əlaqə saxlayır".
Zaxarova qeyd edib ki, BMT Katibliyi ilə məsləhətləşmələr planlaşdırılır: "Yerevan və Bakı atəşkəsin möhkəmləndirilməsi və danışıqlar prosesinin intensivləşdirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərlə çıxış edir. Biz bunları tərəflərlə müzakirə edirik. Ümid edirik ki, beynəlxalq səyahət məhdudiyyətləri qaldırıldıqdan sonra münaqişənin həlli ilə əlaqəli bütün mövzuları əsaslı şəkildə işləmək mümkün olacaq".
Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki hissəsində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar.
Görülən müvafiq tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar