Xəbər lenti


“Azərbaycan və Ermənistan barışığın möhkəmlənməsinə yönəlmiş müxtəlif təşəbbüslərlə çıxış edirlər”.
 
Modern.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə “Vestnik Kavkaza”nın sualını cavablandırarkən deyib.
 
“Ümid edirik ki, beynəlxalq səfərlərə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra münaqişənin həlli ilə bağlı bütün kompleks məsələləri işləmək imkanı yaranacaq”, - nazirlik rəsmisi qeyd edib.
 O, həmçinin bildirib ki, ötən həftə münaqişə zonasındakı vəziyyət ATƏT-in Minsk qrupunun və Daimi Şurasının iclasında təşkilatın bütün iştirakçılarının iştirakı ilə nəzərdən keçirilib.
 
M. Zaxarova xatırladıb ki, Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə təcili təmasları olub: “Bu həftə o, Azərbaycan və Ermənistanın Moskvadakı səfirləri ilə vəziyyəti müzakirə edib. Hərbi idarələrin xətti ilə qarşılıqlı fəaliyyət həyata keçirilir”.
 



Ana səhifəyə qayıt        Baxış: 2 754          Tarix: 23-07-2020, 22:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma