Xəbər lenti


Livanın paytaxtı Beyrutda, 4 avqustda baş verən və 158 adamın ölümüylə nəticələnən patlayışdan sonra  hökuməti hədəf alan etiraz aksiyaları ilə əlaqədar ilk istefa qərarı gəlib.

Strateq.az xəbər verir ki, ölkənin İnformasiya naziri Menal Abdussamed Livan xalqından üzr istəyərək vəzifəsindən istefa verib.
Livanda isə proseslər səngimək bilmir. Ölkədə meydanların insanlarla dolduğu xəbər verilir. Məlumata görə, bir general tərəfindən idarə edilən daha bir qrup dövlət binalarını ələ keçirib və çevriliş etməyə çalışır (Türk sosial şəbəkə hesabları iddia edir ki, həmin generalı Birləşmiş Ərəb Əmirlikləri dəstəkləyir.)

Proseslərə artıq xarici qüvvələr də müdaxilə etməyə başlayıb. ABŞ-ın Beyrutdakı səfirliyi nümayişçiləri dəstəklədiyini və livanlıların daha yaxşı siyasi liderlərə ehtiyacları olduğu barədə açıqlama verib. Bu isə açıq şəkildə vətəndaşları hakimiyyətə qarşı ayaqlandırmağa təşviq etmək kimi anlaşıla bilər.

Livanın keçmiş müstələkəçisi Fransa da hadisələrdən kənarda qalmaq fikrində deyil. Son günlərdə Livana səfər edən Makron Fransanın müdaxilə etməməsi durumunda İran, Türkiyə və ya Səudiyyənin ölkəni ələ keçirəciyini bildirmişdi. Bu da məlum partlayışın Parisin işinə yaradığı və dolayısıyla hadisədə barmağı ola biləcəyi barədə qənaətləri gücləndirir.

Yaxın Şərqin müsəlman ölkələri də hadisələrdən kənarda qalmaq fikrində deyillər. Türkiyənin vitse-prezidenti Fuat Oktay da bu gün Livana səfər edib. Aralıq dənizinin yeraltı qaynaqlarının istismarında öz maraqlarını açıq şəkildə ortaya qoyan Ankaranın Livanda baş verənlərə laqeyd qalmaması başadüşüləndir. Şərqi Aralıq dənizinin karbohidrogen resurslarının istismarında Fransa və İsraili özünə əsas rəqib kimi görən Ankara Parisin bu açılımına laqeyd qala bilməzdi.

İran isə Aralıq dənizinə çıxışı – Livanda Qərb güclərinin yeni planlar qurmasına şiddətlə müqavimət göstərəcək. Xüsusilə, İran dəstəkli Hizbullah qruplaşması Livanda hələ də çox güclüdür. İranın hərbi dokrtinası ölkəyə gözlənilən hücumları sərhədlərindən uzaqlarda qarşılamağı tələb edir. Rəsmi Tehranın “Şiə hilalı” adlı yayılma strategiyasının əsas həlledici ucu isə Livanda tamamlanır. İsraillə həmsərhəd olan  Livan İrana əsas rəqiblərdən birinə qarşı məsafə üstünlüyü qazandırır və Tehran bu coğrafi mövqeyini nəyin bahasına olursa olsun qoruyb saxlamağa çalışacaq.

İsrail də ötən həftə Livana meydan oxuyub.

Maraqlıdır ki, yuxarıda sadaladığım bütün dövlətlərin daxili siyasətində ciddi problemlər mövcuddur. İsraildə Netanyahuya qarşı günlərdir mitinqlər təşkil olunur. ABŞ və Fransa çalxantılı günlərdən keçir. İran və Türkiyə iqtisadi tənəzzül yaşayır. Belə görünür ki, son günlərdə bəziləri daxili ictimai diqqətləri Livana yönəltməklə bəzi məqamları unutdurmağa çalışır.

Bununla belə, Livan proksi müharibənin bir addımlığındadır. Ehtimallara görə, bu ssenari baş verərsə, onun qlobal miqyaslı təsirləri olacaq.



Ana səhifəyə qayıt        Baxış: 2 751          Tarix: 9-08-2020, 18:42      


Paylaş:   

Ən çox oxunanlar