Xəbər lenti


Qondarma cinayətkar rejimin başçısı Araik Aratunyan Azərbaycanı təhdid edərək bildirib ki, əgər Xankəndinə bir bomba atılsa, Gəncəni atəşə tutacaqlar.
Onun bu gülməli bəyanatını şərh edən ekspertlər bildirirlər ki, görünür, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir.

Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib.
Ötən ay Musavat.com-un reportyorlarının Tovuzdan hazırladıqları reportajlardan da görünürdü ki, ermənilər artıq sivil vətəndaşları hədəfə alıb, onların yaşayış yerlərini atəşə tuturlar. Bu kimi erməni təxribatları nəticəsində dəfələrlə sivil vətəndaşlarımız yaralanıb, həyatlarını itiriblər. Onlar arasında həm yaşlılar, həm də uşaqlar olub.

Ekspertlər hesab edirlər ki, Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər.
Eyni zamanda bildirilir ki, bu cür açıqlamanın fonunda Ermənistan hakimiyyəti izahat verməli, mövcud vəziyyətlə bağlı mövqeyini ifadə etməlidir. 
Həmişə olduğu kimi yenə də ATƏT MQ həmsədrləri susublar. Onlar bu bəyanata da münasibət bildirmirlər. Yoxsa turist diplomatiyasının nüməyəndələri hələ yay tətilindən qayıtmayıblar?!



Ana səhifəyə qayıt        Baxış: 1 598          Tarix: 14-08-2020, 23:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma