Xəbər lenti

Moderator.az xəbər verir ki,Ermənistan parlamentinin yeni seçilmiş sədri Aro Babloyan Azərbaycan ərazisindədir. 
Qeyri-qanuni olaraq, Azərbaycanın dövlət sərhədlərini pozmaqla  işğal altındakı torpaqlarımıza ayaq basan erməni spiker iyunun  16-da Xankəndində “Erməni siyasi partiyaları” forumunda iştirak edib. 
Tədbirdən sonra o, qondarma rejimin qanunsuz sulahlı birləşmələrinin Azərbaycan Silahlı Qüvvələri ilə təmas xəttinə yollanıb.  A.Babloyan səngərdəki erməni əsgərlərlə söhbət edib, onların məişət şəraiti ilə tanış olub.
P.S. Görəsən, Xarici İşlər Nazirliyimiz mütəmadi olaraq Azərbaycanın işğal altındakı ərazilərinə səfər edən Ermənistanın prezidenti, parlament sədri, müdafiə naziri və digər rəsmilərini öz “qara siyahısı”na salıbmı? Və maraqlıdır, sərhədlərimizin pozucularını həbs etmək əvəzinə onlarla xarici ölkələrdə dəfələrlə görüşüb sülh danışıqları aparmağın nə faydası var?.. Onsuz da hər görüşdən sonra yenə sərhədlərimizi pozmaqda və mövqelərimizi, yaşayış məntəqələrimizi atəşə tutdurmaqda davam edirlər...

  




Ana səhifəyə qayıt        Baxış: 945          Tarix: 17-06-2017, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma