Xəbər lenti

 

Dünən - iyulun 1-də Xəmsə sadlıq sarayında mərhum jurnalist İlqar Qulusoyun "Son ümid" şeirlər kitabının təqdimatı keçirilib.

Ovqat.com-un bildirdiyinə görə, tədbirdə ölkənin bir çox ictimai xadimləri, o cümlədən millət vəkili Sahib Alıyev, hərbi ekspert Ramil Məmmədli, Azinforum.az saytının baş redaktoru, Məhəmmədəli Qəribli, Lider TV-nin əməldaşı Elnur Niftəliyev, Asif Kəngərli, Emin Tarverdiyev və s. tanınmış şəxslər iştirak ediblər.

Təqdimat mərasimini mərhumun əmisi Mirzəli Quliyev açaraq, qonaqları salamlayıb, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. İlqarın keçdiyi qısa ömür yolu barədə məlumat verən M. Quluyev ötən 1 il ərzində İlqarsızlıq həsrətini dilə gətirib.

Daha sonra mərhum şair-jurnalist barədə xatirələrini bölüşən tədbir iştirakçıları 36 illik qısa ömrə sığışmayan təfərrüatlarından  bəhs ediblər. Toplantıda  Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında İlqar Qulusoyun şeirlərindən nümunələr diqqətə çatdırılıb. Çıxışlar içərisində ən diqqəti çəkəni gənc ifaçı Fəhmin Şahyarın İlqarın "Oyansın" şeirinə bəstələnmiş mahnısının ifası olub.

Qeyd edək ki, “Lider” TV-nin əməkdaşı olan mərhum İlqar Qulusoy ötən ilin iyul ayında futbol oynarkən ürək tutmasından dünyasını dəyişib.

Mərhumu böyük sayqıyla yad edir, Allahdan ruhuna rəhmət diləyirik.




Ana səhifəyə qayıt        Baxış: 1 164          Tarix: 2-07-2017, 09:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma