Xəbər lenti

Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısına düşənlərin əksəriyyətinin adları məlum olub.

"Report" xəbər verir ki, siyahıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həya yoldaşı Mariya, sahibkar Gennadi Timçenkonun həyat yoldaşı Yelena, milyarder Əlşir Usmanovun bacıları Saodat Narziyeva və Gülbahar İsmailova, “Surqutnefqaz”ın sahibi Vladimir Boqdanov, “Ozon”un keçmiş baş direktoru Aleksandr Şulgin, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Andrey Fursenko, “ESN” şirkətlər qrupunun sahibi Qriqori Berezkin, “Transmaşholdinq” Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Andrey Borkarev, “Qazprombank”ın vitse-prezidenti Sergey Fursenko, sahibkarlar Səid Kərimov, Fərhad Əhmədov və İor Kesayev də var.

***

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.

Bildirilib ki, siyahıya Rusiyanın milyarderləri - Qriqori Berezkin, Vladimir Yevtuşenko, Viktor Medvedçuk, Rusiya xarici işlər nazirinin həyat yoldaşı və başqaları daxil edilib.

Siyahıda “Lukoyl” şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun da adı var.



Ana səhifəyə qayıt        Baxış: 4 055          Tarix: 13-04-2022, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma