Dərbənddə baxımsız qalmış Nizami Gəncəvi parkının ərazisində yanğın baş verib. Report xəbər verir ki, alov yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.
Ovqat.com Sputnik-ə istiadən xəbər verir ki, yanğının səbəbləri və hadisənin təfərrüatları dəqiqləşdirilir. Məlumata görə, yanğın vaxtilə əhəmiyyətli mədəni istirahət yerinin tənəzzül tarixinin davamı ola bilərdi. Tarixi-mədəni əhəmiyyətə malik park illərlə abadlaşdırılmır, ona görə də, burada təsadüfi yanğın ehtimalı maksimuma qədər artıb.
Agentlik dəfələrlə hakimiyyət, hüquq-mühafizə orqanları və ictimaiyyətin diqqətini Nizami parkı ətrafında yaranan vəziyyətə yönəldib. Məlum olduğu kimi bu ərazidə tikinti işləri yekunlaşıb.
2015-ci ildə burada XVI əsrə aid qəbiristanlıq aşkar olunduğuna görə, tikinti işləri dayandırılıb.
Paylaş: