Xəbər lenti

  

"Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb".

Ovqat.com xəbər verir ki, "Report"un məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bu gün nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 792 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib, qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 006          Tarix: 28-07-2017, 00:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma