Cənubi Azərbaycandan olan bu aşığın çıxışını heç bir şərhə ehtiyac duymadan Ovqat.com oxucularına təqdim edirik:
Yaradan versəydi mənə ixtiyar,
Dünyanın hər yerin əlvan yazardım.
Qoymazdım bir gülün rəngi sarala,
Hər gülə bir dənə bağban yazardım.
Kainat yazardım, necə Kainat,
Nə xüms verilərdi orda nə zəkat.
Məddaha verməzdim hətta bir manat,
Ağlamaq vəfsinə payan yazardım.
Şeytanı tutardım, qarnın sökərdim,
İxtilaf boxçasın bir yol bükərdim,
Sünnüyə, şiəyə qələm çəkərdim,
Götürüb hamısın insan yazardım.
Minada daş atan müsəlmanları
Qoymazdım kəsələr o heyvanları.
Pozardım o qədim yazılanları
Götürüb təzədən fərman yazardım.
Siz deyən o Allah kiçikdir, Vallah,
Xəyala sığışmaz mən deyən Allah!
Küfrümü yazmasa gər ayətullah,
Dediyim sözlərə Quran yazardım.
Paylaş: