Xəbər lenti

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranla ikitərəfli münasibətləri müzakirə etmək üçün avqustun 12-də Tehrana səfər edəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan təsdiqləyib.

Lakin o, heç bir təfərrüat açıqlamayıb.

“İranla ikitərəfli münasibətlərə nəzarət edən xarici işlər nazirinin müavini Vaan Kostanyan avqustun 12-də Tehrana səfər edəcək”, - o deyib.




Ana səhifəyə qayıt        Baxış: 2 514          Tarix: Bu gün, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma