Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Əməkdar mədəniyyət işçisi, Naxçıvan Yazıçılar Birliyinin sədri şair Asim Yadigarın dörd cilddən ibarət olacaq “Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxıb.
    Kitab Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin A. Yadigar yaradıcılığına həsr edilmiş geniş məzmunlu məqaləsi ilə açılır. Məqalədə deyilir:”Azərbaycan şeirinin orta nəslinin tanınmış nümayəndələrindən biri olan Asim Yadigarın yaradıcılığında vətəndaşlıq ruhu, ictimai və milli idealların poetik vasitələrlə obrazlı şəkildə ifadə olunmasına ciddi fikir verilir”.
“Seçilmiş əsərləri”nin birinci cildinə vətənpərvərlik mövzusunda yazılmış şeirlər,  beş poema, “Midiyanın süqutu” və “Amansız intiqam” adlı mənzum dramları daxil edilib.
     Asim Yadigar azərbaycançılıq və vətəndaşlıq andının ifadəsi olan bədii yaradıcılığı və səmərəli ictimai fəaliyyəti ilə ölkəmizdə dövlət müstəqilliyi təfəkkürünün daha da möhkəmləndirilməsinə , yüksək milli-mənəvi dəyərlərə malik yeni nəslin yetişib inkişaf etdirilməsinə ürəklə xidmət edir.
Ədəbi yaradıcılığı “Prezident müküfatı”(2009), “Heydər Əliyev” xatirə qızıl medalı”(2013), “Tərəqqi medalı”(2014), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə mükafatlandırılan istedadlı şair Asim Yadigarın “Seçilmiş əsərləri”nin birinci cildi bu təltiflərdən doğan sevincin bir uğurudur.Şübhə etmirik bu uğurlar davamlı olacaq.
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 614          Tarix: 24-08-2017, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma