ANAMA-dan Ovqat.com-a bildiriblər ki, məlumata əsasən qurumun xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
 Agentliyin mütəxəssisləri tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib. Lakin həmin gün havanın yağmurlu olmasını nəzərə alaraq əməliyyat oktyabrın 4-də davam etdirilib. Aşkar olunmuş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 Aşkarlanmış əl qumbarasının ətrafında 900 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
 Yanvarın 1-dən oktyabrın 4-dək agentlik tərəfindən, ümumilikdə, 6 min 814 partlamamış hərbi sursat, tank əleyhinə 199 mina və piyada əleyhinə 32 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 4 milyon 717 min 417 kvadratmetr ərazi yoxlanılıb.
		 
Xəbər lenti
		Bu gün, 20:21
	
	
	
		Bu gün, 19:38
	
	
	
		Bu gün, 17:40
	
	
	
		Bu gün, 17:00
	
	
	
		Bu gün, 15:30
	
	
	
		Bu gün, 15:26
	
	
	
		Bu gün, 12:58
	
	
	
		Bu gün, 11:16
	
	
	
		Bu gün, 10:28
	
	
	
		Bu gün, 09:12
	
	
	
		Dünən, 17:12
	
	
	
		Dünən, 15:30
	
	
	
 
 
Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Kəpəz rayonunda Nizami Gəncəvinin məqbərəsinin yaxınlığında partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  
	
Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
  
  
  
  
 





















