Xəbər lenti
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 262 ədəd qəlpə, 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd piyada əleyhinə OZM-72 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Ovqat.com bildirir ki, bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.
ANAMA tərəfindən 47 161 kv.m ərazi (2 851 kv.m əl, 13 500 kv.m mexaniki üsulla və 30 810 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.
Agentlik 69 gün ərzində Cocuq Mərcanlıda 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirib, 31 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 8 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 8 ədəd piyada əleyhinə mina (OZM-72) və 67 ədəd tank əleyhinə mina (17 ədəd TM-57 minası və 50 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edərək zərərsizləşdirib, 2 367 478 kv.m ərazi (497 704 kv.m əl, 709 700 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 1 047 074 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən aprelin 27-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 136 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 426 242 kv.m ərazi (556 468 kv.m əl, 709 700 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 1 047 074 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.


Ana səhifəyə qayıt        Baxış: 1 124          Tarix: 27-04-2017, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma