Xəbər lenti

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, oktyabrın 9-da yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 222 ədəd partlamamış hərbi sursat (PHS), 129 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 262 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 891 000 kv.m (89.10 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 38 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 11 ferma ərazisinə, 38 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 11 287 ədəd partlamamış hərbi sursat (PHS), 4 692 ədəd partlamış-yanmış sursat qalıqları və 25 032 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 42 973 828 kv.m (4 297 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 712          Tarix: 10-10-2017, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma