Xəbər lenti

Aprelin 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

ETSN-dən Ovqat.com-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 9-11° isti, gündüz  18-20° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi normadan yüksək  763 mm civə sütunu, nisbi rütubət   gecə 75-85 %, gündüz  60-70 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 036          Tarix: 29-04-2017, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma