“Mənim hal-hazırda heç bir biznesim yoxdur və bunu iddia edənlər böyük yanlışlığa yol verirlər”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Əliağa Hüseynov söyləyib.
Xatırladaq ki, bəzi mətbuat orqanlarında 59 saylı Salyan seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Əliağa Hüseynovun paytaxtda “Atlantis” şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranlarına, Salyanda isə fermaya sahibi olması ilə bağlı iddialar yayılıb. Editor.az-a danışan millət vəkili bu iddiaları əsassız adlandırdı: “Çox biabırçı vəziyyət yaranıb. Heç bir dəqiqləşdirmə aparmadan, heç bir fakta və sübuta söykənmədən elə cəfəng iddialar yayırlar ki, adam bilmir nə desin?! Artıq neçənci dəfədir bu cür yalanlar tirajlayırlar. Kim deyir ki, mənim biznesim var? Mənim hazırda heç bir biznesim yoxdur”.
Paylaş: