Xəbər lenti

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Teref.info” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Ovqat.com-a bildiriblər ki, bununla əlaqədar saytın baş redaktoru Nurəddin İsmayılov Baş Prokurorluğa dəvət edilərək, kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi onun diqqətinə çatdırılıb. N.İsmayılova “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 1-11-2017, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma