Xəbər lenti

 

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Ovqat.com report-a istinadən xəbər verir ki, o, dələduzluqda və rüşvət verməkdə ittiham olunur.
Belə ki, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.
Cinayət işinin hazırlıq iclası noyabrın 21-nə təyin edilib.




Ana səhifəyə qayıt        Baxış: 918          Tarix: 15-11-2017, 18:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma