Ölüm bəzən aramızdan xatirələri silinməyən insanları aparır. Ancaq nə etmək olar...
Qəfil dünyasını dəyişən jurnalistlərin siyahısını təqdim edirik:
“Həftə içi” qəzetinin redaktoru jurnalist Ceyhun Nağı qəfil ürək tutmasından xəstəxanaya çatdırılıb.O, 39 yaşında dünyasını dəyişib.
"Lider TV"-nin əməkdaşı, jurnalist İlqar Qulusoy ötən il vaxtsız vəfat edib.
Tanınmış jurnalist Zabil Müqabiloğlu 40 yaşında qaraciyər xəstəliyinə görə həyatla vidalaşıb.
"Teleqraf.com" saytının redaktoru, 28 yaşlı jurnalist Mövlud Mövlud intihar edib.
Tanınmış jurnalist Namiq İbrahimov 47 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova 2015-ci ildə dünyasını dəyib.
Azərbaycanın tanınmış jurnalisti Zöhrab Əmirxanlı 65 yaşında vəfat edib. "Gündəlik Teleqraf" qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib.
Jurnalist Rasim Əliyev döyülərək öldürülüb.
“Türküstan” qəzetinin redaktoru, 1986-cı il təvəllüdlü Fuad Abdürrəhmanlı 2014-cü ildə yol qəzasında ölüb.
Tanınmış jurnalist Şahin Ağabəyli 2010-cu ildə avtomobil qəzası nəticəsində həlak olub.
Qaraciyər serrozundan əziyyət çəkən jurnalist Elçin Səlcuq 45 yaşında dünyasını dəyişib.
Azərbaycanın məşhur jurnalistlərindən biri olan Məmməd Nazimoğlu 2008-ci ilin iyul ayında vəfat edib. Məmməd Nazimoğlu şəkər xəstəliyindən, hepatitdən əziyyət çəkib.
APA TV-nin əməkdaşı, tanınmış jurnalist Natiq Qədimov 41 yaşında qəfil ürək tutmasından vəfat edib.\\Metbuat.az
Paylaş: