Xəbər lenti

  

Keçən ilin sentyabrında sökülməyə başlayan Bakı Slavyan Universitetinin üzərindəki mozaika bərpa edilir. 
Yeni mozaikada da əvvəlkindəki kimi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi və digər şairlərin təsvirləri əks edilib. 
Xatırladaq ki, sözügedən mozaikanın sökülməsi ictimaiyyət arasında böyük narazılığa səbəb olmuşdu. 
Həmin vaxt universitetə yeni təyin edilən rektor Nurlana Əliyeva isə “Qafqazinfo”ya açıqlamasında bu işin  Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirildiyini bildirmişdi.
“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov Bakı Slavyan Universitetinin fasadındakı yenilənmiş mozaikanın şəkillərini çəkib, fotoları təqdim edirik:






 




Ana səhifəyə qayıt        Baxış: 735          Tarix: 3-05-2017, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma