Xəbər lenti

 Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində  Sultan Gözəlovun idarə etdiyi motosiklet (skuter) yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.Məlumata görə, hadisə paytaxtın Bakıxanov küçəsində, Rusiya səfirliyinin yaxınlığında baş verib. Hadisənin təfərrüatları və ölən şəxsin kimliyi müəyyənləşdirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 060          Tarix: 5-05-2017, 00:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma