Xəbər lenti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırkı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) “AzİnTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti “Strategic Link Communications İnc.” şirkətini məhkəməyə verib.

Ovqat.com bildirir ki, “Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən cəmiyyət 1 milyon 700 min 262 ABŞ dolları əsas borc, 1 milyon 345 min 792 ABŞ dolları məbləğində cərimə borcu barədə iddia irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Həmin qərardan narazı qalan “AzİnTelekom” MMC apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 004          Tarix: 3-05-2017, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma