Göyçay rayon 9 saylı məktəbin direktoru Akif Qəribovun intihara cəhd etməsinin təfərrüatı məlum olub.
Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Bilalovun Publika.az-a verdiyi məlumata görə, hazırda onun vəziyyəti stabildir.
“Bu gün özüm yanında oldum, səhər yemək yeyib, ümumi vəziyyəti normaldır. Özü və yoldaşı ilə söhbət etmişik. Bu hadisəni törətməsinin səbəbi maddi problemlə bağlıdır. Ümumi sıxıntıları olub, kreditlə maşın alıb, sonra borcunu ödəməkdə çətinlik çəkib. Bu cür sıxıntılar üst-üstə toplanıb və belə addım atıb. Yoldaşı bir müddət əvvəl onun psixoloq yanına getməsini məsləhət görüb, lakin Akif Qəribov buna etinasız yanaşıb. Hələ ki, fiziki sağlamlığı üçün yardım göstəririk, biz də psixoloji yardım təklif edəcəyik”.
Baş həkim bildirib ki, A.Qəribovun vəziyyəti normal olsa da, azı bir gün xəstəxanada qalmalıdır.
Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır.Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, araşdırmalar Göyçay rayon prokurorluğu tərəfindən aparılır. TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəciyini də açıqlayıb.
strateq.az
Paylaş: