Xəbər lenti

 Xırdalanda yataqxana binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Abşeron rayonunun Xırdalan şəhərində yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğın tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan şəhərində 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın başlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 842          Tarix: 12-01-2018, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma