Xəbər lenti

“İsa Qəmbər ürəyində olan problemlə bağlı çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tərəfimizdən dərhal müdaxilə edildi və onun ürəyinə stentlər qoyuldu”.

 Bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov deyib.

F. İbrahimov bildirib ki, İ. Qəmbər xəstəxanaya gətirilərkən problemi çox ciddi olub: “Bu gün artıq onun vəziyyəti müsbətə doğru dəyişməkdədir, müalicə prosesi davam edir. İsa Qəmbər bir neçə gün xəstəxanada qalacaq. Bütün lazımi tədbirlər görülüb. O, həkimlərin ciddi nəzarəti altındadır”. Həkim qeyd edib ki, ürəkgücləndirici müalicələr davam etdiriləcək.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 872          Tarix: 15-01-2018, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma