Xəbər lenti

                            

Şirvan şəhərində üç polis əməkdaşı daxili işlər orqanlarından xaric ediliblər.Polis əməkdaşları barəsində Şirvan şəhər sakini, keçmiş məhkum Anar Həsənovun ifadəsi əsasında araşdırma başlayıb.
Məlum olub ki, baş leytenant Əvəz İmanov, kapitan Orman İmanov və polis serjantı Rauf Nərimanovun narkoticarətlə məşğul olan A.Həsənovla işbirliyi olub. Adıçəkilən hüquq-mühafizə xidməti işçiləri həbs olunan zamanı A.Həsənova “himayədarlıq” etmədikləri üçün o, “qisas” almaq məqsədi ilə əlindəki sübutları polisə təqdim edib.
Səs yazıları və görüntülər əsasında polisləri istintaqa cəlb ediliblər. Narkotacirlə işbirlikləri sübuta yetirilən hər üç polis əməkdaşı vəzifələrindən azad ediliblər.//BakuPost




Ana səhifəyə qayıt        Baxış: 551          Tarix: 3-02-2018, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma