Xəbər lenti

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Bu barədə qərar partiya məclisinin iclasında qəbul edilib. Ə.Əliyev namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcək.

Xatırladaq ki, MSK indiyədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.




Ana səhifəyə qayıt        Baxış: 559          Tarix: 19-02-2018, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma