Xəbər lenti

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus 6 ədəd bahalı avtomobil onun əlindən alınıb.
Ovqat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Fuad Hüseynov məlumat yayıb. O, qeyd edib ki, maşınlar 2 gün öncə müsadirə edilib. Belə ki, avtomobillər eks-nazirin Ucarın Qazqumlaq kəndində yerləşən villasının həyətindən Bakı şəhərinə aparılıb. Müsadirə evakuatorlarla, məhkəmə icraçıları tərəfindən həyata keçirilib.
Qeyd edilir ki, həmin avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulubmuş.
Xatırladaq ki, bir neçə gün öncə Z.Məmmədovun təyyarəsinin də ondan alındığı haqda məlumat yayılmışdı, qardaşı Elton Məmmədov isə informasiyanı təkzib etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 901          Tarix: 12-05-2017, 13:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma