Xəbər lenti

Paytaxtın Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O, bildirib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur/Trend.

 




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 26-04-2018, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma