Xəbər lenti

Sonuncu qəbuldan sonra Azərbaycanda hər 10 min nəfərə 11 vəkil düşür.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, gələcəkdə vəkillərin sayı hər ay artacaq:

“Biz nəzərdə tutmuşuq ki, yaxın bir neçə ay ərzində 100 nəfərdən çox namizədi vəkilliyə qəbul edək. Bu, sonuncu qəbul deyil. Daha bir qəbul keçiriləcək. May ayı ərzində təxminən 200 nəfərə yaxın namizəd vəkilliyə sənəd verib. Beləliklə, artıq iyun ayında 10 000 nəfərə haradasa 12 vəkil düşəcək. Təbii ki, bu rəqəm getdikcə artacaq. Bu, sevindirici haldır”.

Bununla belə, A.Bağırov qeyd edib ki, vəkillərin sayını kortəbii şəkildə artırmaq olmaz: “Biz çalışırıq ki, savadlı, hazırlıqlı, təcrübəli hüquqşünaslar vəkilliyə qəbul olunsun. Çünki bizim mövqeyimiz ondan ibarətdir ki, vəkillərin hazırlığı, bilil səviyyəsi heç də hakimdən, prokurordan aşağı olmamalıdır. Vəkilin işi bəlkə də onlardan daha çətindir”. (Trend)

 




Ana səhifəyə qayıt        Baxış: 608          Tarix: 2-05-2018, 13:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma