Xəbər lenti

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

Bu barədə yayılan məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Open.az saytına təsdiqləyib.

Onun sözlərinə görə, araşdırma aparılır: “Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir. Bir müddət əvvəl açıqlama vermişdik, amma yenidən araşdırırıq. Bu, elə məsələdir ki, özbaşına buraxmırıq”.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini iddia etmişdi. Videoda körpələr evinin işçilərinin valideyn himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük torbaları “Prado” markalı maşına daşıdığı əks olunurdu.

 




Ana səhifəyə qayıt        Baxış: 403          Tarix: 8-05-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma