Xəbər lenti

“Biz istiqamətimizi dəyişdirmirik, işimizi davam etdiririk”.

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə. Qarayev bildirib ki, turizm sənayesi artıq iqtisadi axınla idarə olunacaq:“Çünki Azərbaycan turizmi iqtisadiyyatımıza böyük töhfə verməkdədir. Mədəniyyət işçiləri də Azərbaycanın təbliğində, tanınmasında, turistlərin cəlb olunmasında, onlarla layihələrin həyata keçirilməsində fəaliyyətə davam edəcək. Bizim muzeylərdə, qoruqlarda, hər sahədə görülən işlər Azərbaycanı tanıtmağa, dərindən öyrənməyə imkan verir”.

Nazir Mədəniyyət Nazirliyində kadr islahatlarının da olacağını vurğulayıb:“Sözsüz ki, kadr islahatları olacaq. Yenilik həmişə lazımdır”.

APA

 




Ana səhifəyə qayıt        Baxış: 621          Tarix: 10-05-2018, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma