Xəbər lenti

Yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra Yanardağda işlər görüləcək.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir Yanardağ ilə bağlı layihənin hazır olduğunu bildirib:

"Hazırda bu məsələ ilə bağlı proses gedir, layihə mövcuddur. Bu layihələndirmənin əsasında işlər görüləcək. Amma orada yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra bu ərazidə işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz Yanardağla bağlı məsələyə çoxdan diqqət yetirməli idik. Tənqiddən nəticə çıxaracağıq".




Ana səhifəyə qayıt        Baxış: 487          Tarix: 31-01-2018, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma