Xəbər lenti

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov 2016/2017-ci tədris ilində “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.

Ovqat.com xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, əmr ali və orta ixtisas təhsili müəssisələrində 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imzalanıb.

Əmrlə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər.

Əmrdə o da nəzərə çatdırılıb ki, müəssisə rəhbərləri rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.

 




Ana səhifəyə qayıt        Baxış: 1 085          Tarix: 17-05-2017, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma