Xəbər lenti

İyunun 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub. (virtualaz.org)

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, burada şərti olaraq, Azərbaycan Ordusunun kursantlardan ibarət mexanikləşdirilmiş taqımı şərti düşmən üzərinə hücumu məşq edib. Məşğələnin planına uyğun olaraq, kursantlar, taqım və manqa komandirləri xəritə üzərində hücum planını müzakirə ediblər, döyüş tapşırıqları verilib. Döyüş tapşırıqlarına əsasən, mexanikləşdirilmiş taqım düşmən üzərinə tankın və piyada döyüş maşınlarının dəstəyi ilə hücuma keçib. Onların atəş nöqtələrinə zərbə endirilib və təyin olunmuş vaxtda bölmələr düşmən mövqelərini tutaraq nəzərdə tutulmuş xətt üzrə möhkəmləniblər.

Müdafiə naziri hərbi poliqonda keçirdiyi mətbuat konfransında təxminən bir il, il yarım əvvəl  düşmənin hansısa raketlər aldığı barədə yaranmış ajiotajı xatırladıb: “Mən o vaxt bəyan etdim, bildirdim ki, bizim hava hücumundan müdafiə vasitələrimiz düşmənin silahlanmasında yer alan istənilən raketi neytrallaşdırmaq imkanındadır. İndi isə Azərbaycan ordusu düşmənin əlində olan raketlərdən daha uzaq məsafəli, daha dəqiq və zərbə gücü baxımından daha səmərəli raketlərlə silahlanıb. Siz bu raketləri bu günlərdə gördünüz”.

Nazir bildirib ki, Azərbaycan ordusunun silahlanmasına daxil olan həmin raketlər alınmazdan əvvəl onların taktiki göstəriciləri, imkanları prezidentə məruzə olunub: “Həmin raketlərin alınması şəxsən prezidentin nəzarəti altında həyata keçirilib. Belə ki, prezident ordunun yüksək dəqiqlikli, uzaqvuran raketlərlə təmin edilməsi vəzifəsini qarşıya qoymuşdu və bu vəzifə qısa zamanda yerinə yetirildi.

 




Ana səhifəyə qayıt        Baxış: 481          Tarix: 20-06-2018, 15:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma