Xəbər lenti

Sabah – iyunun 29-da Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 39 məsələ daxildir.

Bunlar “Polis haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İcarə haqqında”, “İcra məmurları haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “Yol hərəkəti haqqında”, “İcra haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və s. qanunlara, o cümlədən Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Mülki, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq.

Deputatlar yeni hazırlanan “Məşğulluq haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasında dövlət daktikloskopik və genom qeydiyyatı haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikası Hesablama Palatası haqqında” (üçüncü oxunuş) qanun layihələrini də müzakirə edəcəklər.

Plenar iclasda “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə də baxılması nəzərdə tutulur/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 633          Tarix: 28-06-2018, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma