Xəbər lenti

“Səhər saat 09:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın faktiki temperaturu 34-36 dərəcə təşkil edib”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında zəif dəyişkən istiqamətli külək əsir.

Direktor qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq: “Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gündüz 39-41 dərəcə isti olacağı gözlənilir”.

Rayonlarda müşahidə olunan hava şəraitinə gəlincə, nazirlik rəsmisi bildirib ki, gün ərzində rayonlarda hava şəraiti günəşli olacaq: “Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gündüz 39-44, dağlarda gündüz 28-33 dərəcə isti olacağı gözlənilir”.

G.Məmmədova bildirib ki, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

 




Ana səhifəyə qayıt        Baxış: 593          Tarix: 4-07-2018, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma