Xəbər lenti

İyulun 28-29-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Azərbaycanın rayonlarında iyulun 28-dən ayın sonunadək hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacaq. Qərb küləyi əsəcək, iyulun 29-u gündüzdən iyulun 31-dək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Bölgələrdə də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 865          Tarix: 27-07-2017, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma