Xəbər lenti

  Ötən il 10 mindən çox azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib.

"Report" xəbər verir ki, Azərbaycan bu göstərici (10394 nəfər) ilə postsovet ölkələri arasında 7-ci yeri tutur.

Rusiya pasportu üçün ən çox müraciət edənlər ukraynalılar (85119 nəfər), qazaxıstanlılar (40718 nəfər), tacikistanlılar (29039 nəfər) olub. Ermənistan 23334 nəfər göstərici ilə dördüncü yerdə qərarlaşıb.

Rusiya vətəndaşlığı ən az Türkmənistan (729 nəfər), Latviya (166 nəfər) və Litva (115 nəfər) vətəndaşlarını maraqlandırır.




Ana səhifəyə qayıt        Baxış: 680          Tarix: 26-07-2018, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma