Xəbər lenti

 Ağsu rayonunda meşə yanğını başlayıb.

APA-nın xəbərinə görə, ilkin məlumatda rayonun Qırlar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir. Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib, yaxınlıqdakı meşə sahəsinə keçib.

Hadisə yerinə FHN-in Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır.

Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 488          Tarix: 28-07-2018, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma