
Oğuz meşəsində və Şahdağ Milli Parkında baş verən yanğın söndürülüb.
"Report" xəbər verir ki, məlumatı FHN-in rəsmi saytı yayıb.
Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş verən yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb.
Meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın sentyabrın 5-də saat 09:00-da söndürülüb. Yanğının söndürülməsi işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi iştirak edib.
Paylaş: