Xəbər lenti

Bu gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib və əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub.

Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 887          Tarix: 11-07-2017, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma