Xəbər lenti

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45-ci kilometrliyində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Strateq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb.

Bildirilib ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmalı, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etməlidirlər

 




Ana səhifəyə qayıt        Baxış: 339          Tarix: 14-08-2018, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma