Xəbər lenti

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində (“Xırdalan” və “VAZ” dairələri arası) hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində səhər saat 11:00-dan etibarən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bundan başqa, Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən Moskva prospekti ilə kəsişməsinədək (Şamaxinka deyilən ərazi) hissəsində hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində axşam saat 23:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunel və körpü üzərində tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Yol bağlı olmayacaq.

Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

“Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, – deyə məlumatda vurğulanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 721          Tarix: 7-05-2018, 14:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma