Xəbər lenti

 Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb. Həmin qəsəbədə yaşayan 1994-cü il təvəllüdlü Xəlilov Samir Firdovsu oğlu qarın nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Xəlilovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

 Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır




Ana səhifəyə qayıt        Baxış: 914          Tarix: 20-05-2017, 22:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma