Xəbər lenti

 

Azərbaycanda ilk dəfə rəngli pambıq yetişdirilib. Tərtərdə sınaq məqsədi ilə əkilən rəngli pambıq bol məhsul verib.

Bir neçə gün sonra məhsul yığımı həyata keçiriləcək.

Pambıq Tərtərin Zorgörən kəndində sınaq məqsədilə ilk dəfə əkilib. Tərtər rayon Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Məhərrəm Əliyev bildirib ki, bu yeniliyi Çindən olan mütəxəssislər tətbiq ediblər. Yaxın günlərdə məhsul yığımı həyata keçiriləcək. İyunun əvvələrində əkilən pambıq yerli növlərdən xeyli məhsuldardır.

Məhərrəm Əliyev əlavə edib ki, dünyada istehsal edilən pambığın 90 faizi geni dəyişdirilmiş olsa da, Azərbaycanda təbii pambıq istehsal edilir.

Mütəxəssislər rəngli pambığın tam yetişməsini gözləyirlər. Pambıq yığılandan sonra Gəncəyə təmizlənməyə göndəriləcək. Rəngli pambıq növünün növbəti ildə daha çox əkilməsi nəzərdə tutulub. \\Xezerxeber.az

 




Ana səhifəyə qayıt        Baxış: 554          Tarix: 17-10-2018, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma