Xəbər lenti

Bərdə rayonuna yağan güclü yağış bir sıra fəsadlar törədib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə rayon mərkəzinə və bir neçə kəndə güclü yağıntı düşüb, güclü külək əsib.

Nəticədə rayon ərazisində fərdi yaşayış evlərinin zirzəmisini və həyatyanı sahələri su basıb. Həyətlərə və zirzəmilərə dolan yağış suları nasoslar vasitəsilə çəkilir. Bundan başqa, əraziyə yağan yağış nəticəsində kənd təsərrüfatına, əkin və meyvə bağlarına ziyan dəyib.

Rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bərdə rayon şöbəsinin əməkdaşları elektrik xətlərində baş verən hadisəni aradan qaldırmaq uçun təmir və bərpa işləri aparır.

 




Ana səhifəyə qayıt        Baxış: 394          Tarix: 27-10-2018, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma