Oguz rayonunda dünən axşam saatlarında başlayan şiddətli külək və yağış fəsadlara səbəb olub.
Ovqat.com bildirir ki, kənd sakinlərinin sözlərinə görə, yarım saata qədər davam edən qasırğa evlərin damını ucurub, iri gövdəli ağacları qırıb, çəpərləri aşırıb. Xüsusən Yaqublu, Padar, Kərimli kəndlərində bir neçə evə ciddi ziyan dəyib.
Aidiyyati qrumlar tərəfindən hadisə nəticəsində dəyən zərərlər araşdırılır.
Güclü küləyin ardından yağan leysan yağış Mingəçevirdə də bir sıra fəsadlar törədib. Təbiət hadisəsi zamanı şəhərin bir hissəsi işıqsız qalıb. Gecə saatlarında güclənən külək bir neçə ünvanda irigövdəli ağacları qırıb. Şəhərin 8 nömrəli elektirik xəttinin üzərinə ağac aşdığından burada açılma qeydə alınıb. Küləyin yaratdığı fəsadlar gecə saatlarında aradan qaldırılıb, enerji verilişində fasilələr yarananan ünvanlara elektrik verilişi bərpa edilib./Xezerxeber.az/
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş: